Posted 3 days ago

Respublika günü - 28 may

Dünyada ilk Demokratik Müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il, 28 may günündə, Məmməd Əmin bəy Rəsulzadənin başçılığı altında öz müstəqilliyini elan etdi.
 
Hər kəs bu şanlı hakimiyyət illərində az-çox nələr baş verdiyindən xəbərdar olduğu üçün, tarixi faktları sadalamaq istəməzdim. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaşamış olmasam da, ürək dolusu bu hökümət barədə danışa bilərəm. Məsələn, keçən il qəbul imtahanları üçün tarix oxuyanda, ən sevdiyim mövzu AXC idi. Həmin 23 ay ərzində baş verənlər ən çox yadımda qalan hadisələrdəndir. M.Ə.Rəsulzadə 1918-ci il, Noyabr ayının 9-da, üçrəngli bayrağı Dövlət bayrağı kimi təstiqləmişdi. Yadımdadır ki, Xalq Cümmuryətinin 1920-ci ildə sonuna yaxınlaşanda artıq oxumaq istəmirdim. İstəyirsiz inanın, istəmirsiz inanmayın, amma axırıncı paraqrafı oxuyanda gözlərimdən gələn yaşı dayandıda bilmirdim. Sanki möcüzəli bir hekayənin sonuna gəlmiş kimi, Rəsulzadənin parlamentdə, son çıxışında dediyi sözləri beynimə həkk olunmuşdu.
 
Bilirsiz, məni yandıran nədir, dövlət televiziyasında, radioda və ya internet şəbəkəsində, Respublika günü haqqında olan yazılarda, Rəsulzadənin adının heç hallanmaması, və ya xala-xətrin qalmasın deyə bir iki cümlədə yada salınmasıdır. Biz hamımız bilirik ki, bu haqsızlıqdır və Məmməd Əmin bəy Xalqımız üçün yaşayıb. Onun xatirəsini layiqincə yaşatmaq bizim borcumuzdur. Unutmayın ki: ” Bir kərə yüksələn bayraq, bir daha enməz! ” məhz Rəsulzadənin sözləridir.

 

Posted 1 week ago

Jack-Jack fall asleep on this bear, isn’t it cute :)

Posted 1 week ago
[Flash 9 is required to listen to audio.]

it’s the cutes thing that i have ever listened to :) <3

(Source: SoundCloud / Fatya)

Posted 2 months ago

FLEX vs. mən, düz 1 il

FLEX 2011-2012 finalisti seçildiyimi keçən il martın 31 yəni bu günündə öyrənmişdim.

Həmin gün əlavədən evə gec gəlmişdim, və nənəm tanimadığı bir adamdan gələn telefon zəngi haqqında danışırdı. Bir az vaxt keşəndən sonra telefon zəngi gəldi, həyatımı dəyişəcək telefon zəngi Amerikan Counsils- dan idi. Mənə FLEX 2011-2012 üçün finalist seçildiyimi dedi Aytac xanım.

Read More

Posted 2 months ago

Söz azadlığının qısa statistikası

Bu bir az çətin mövzudur, amma yenədə yazacam. Çoz danışmaq olar Azərbaycanda və ümumiyyətlə dünyanın müxtəlif ölkələrində olan söz azadlığı haqqında. Nəisə mən keçim mövzunun ozünə.

Dəməli bütöv keçən həftəni Amerikanın paytaxtı Vaşıngton DC - də keçirmişəm. Orda çox sayda muzeylər, heykəllər və başqa-başqa maraqlı şeylər görmüşəm. Olduğum muzeylərdən birində gəzintiyə başlamamışdan əvvəl, media və jurmalist etikası haqqında qısa məlumat sessiyasında olduq. Sessiya ərzində ən çox vurğulanan mövzu, dünyanın müxtəlif ölkələrində olan söz azadlığı oldu. Təlimçilər bizə muzeyin 3cü mərtəbəsində olan, söz azadlığı xəritəsinə göz atmamızı məsləhət gördülər. Dəməli bu xeritə, sadəcə dünyanın xəritəsidir, amma ölkələr 3 fəqli rəngdədir: yaşıl; söz azarlığı problemsizdir, sarı; 50/50 və qırmızı - heç yoxdu. Təbii ki, birinci baxdığım ölkə Azərbaycan oldu, sizcə hansı qəngdə idi?! Qırmızı, həmdə 66-cı, yerdə 80-90 ölkə arasında. Ordaca qısa informasiya verilmişdi, hansı səbəblərə görə ölkə o yerdədi, səbəblər siyağısında əlbəttdə ki, Emin Milli və Adnan Haccızadənin həbsi haqqında yazılmışdı. Nə deyim, çoxda təəccüblənmədim bunu gördüyümə. Gəlin sizə bir başqa məlumat verim, bilirsiz ki o siyağıda ABŞ heç birinci üçlükdədə yox idi, birinci yerdə 3 Avropa ölkəsi beləki Finlyandiya-1ci, Hollandiya-2ci, Belchika-3cü yerdə, Rusya isə 68-ci yerdə idi, ancaq Zimbabve bibzdən yixarıda durmuşdu. Yenədə Avropa ölkələri demokratiya və azadlıqlara görə dünyada liderliklərini qoruyur. Azərbaycanda belkədə nə vaxtsa o siyağıya düşəcək?!  Mən bilmirəm, bu mənim sizə verdiyim sualdır…

Posted 2 months ago

Düz bir il qabaq məndə bu gündə idim…

Posted 2 months ago

Ürəyimə siğmayan sevinc

Bu gün yuxudan duranda heç təssəvvür belə edə bilməzdim ki, gözəl xəbərlər alacam.

Adi bir günün sabahı idi, məkbədə gec gedəsi idim deyə oturmuşdum ders edirdim. Bir stakan qəhvə və taxir dersi üçün proektim… Bir az üreyim sixildi və dedim girim facebook-a görüm yeni nələr var. Profilimin ana səyfəsindəki birinci gordüyüm şey anamın yazdığı sonuncu post oldu: “Menim balaca qizim da FLEX finalist oldu!!!!!!!! Indi boyuk qizi qarshilayib balacani yola salacagiq!!!!!!!! Inshallah !”… Bu cümləni oxuyar oxumaz, yerimdən tullandım, başladım gülməyə, sonra gözlərim doldu. Host bacım, Brenna da mənim dəli halımı gördü və səbəbini soruşdu, mən deyəndən sora oda başıladı qışqırmağa. Bir yerdə qışqırırdıq sevincdən. Mənim bacışkamın keçəcəyini ən başından bilirdim, mənim bidənəmç mənim Fatyam :D Qayıtmaq üçün daha çox həyəcanlanıram, bacışkamı yola salacam. Əminəm ki, oda mən FLEX-i keçdiyimi öyrənəndə bu hissləri yaşayıb, çox qürur duyuram onunla, inanıram ki, onun da Amerika Birləşmiş Ştatlarında keçirəcəyi ili, həyatıdaki ən gözəllər illərdən biri olasıdısıdı.

Hər şeydən sonra mən bütün “yeni” FLEX 20 - ni təbrik edirəm, uğurlar sizə uşaqlar.

P.S. Apreldə olası görüşdə, Tamella xanima FLEX 19-dan salam deyin :D

Posted 2 months ago

ELektrik enerjisi, eyni zamandada gözəl xarici görünüş

Posted 2 months ago

Artıq yetər, bəsdi!!!

Buna artiq dözə bilmirəm… Boğur, parçalayır məni hər gün içimdəki hisslər.

2-3 ay qabaq indi olanları mənə danışan olsaydı sadəcə gülərdim, inanmazdım, mənim başıma gəlməz elə şey, deyərdim, yanılmışam. İnsanı sonuna qədər tanıya bilməmək ne ağır imiş. Bu günə qədən olan möcüzəli hisslər, başa salınması çətin olan duyğuların bağliliğı, nağıl imiş kimi gəlirdi. Nağılların çox vaxt xoşbəxt sonluğu olur, bu nağıl kabusa bənzəyir.

Read More

Posted 3 months ago

“Hawaiian Village” in the boarder of Canada. Obviously people Hawaii gets enough snow :) lol